Dünyasını dəyişən şəxslə nikaha girdi – Azərbaycanda şok olay VİDEO

“Space” TV-də Amil Xəlilin təqdimatında yayımlanan “Gəl Dərdini Danış” verilişinin birbaşa efirində inanılmaz anlar yaşanıb.

Yenicag.az xəbər verir ki, verilişə müraciət edən xanımın açıqlamaları hər kəsi dəhşətə gətirib. Bəlli olub ki, onun həyat yoldaşı dünyasını dəyişəndən sonra yaşadığı xanımla nikaha girib. Ölümündən 4 ay sonra baş verən bu hadisənin səbəbi isə mülk olub.

Xanım iddia edib ki, yoldaşından boşansa da, uşaqlar atalarının yanına gedib gəlirmiş. Ölümündən bir müddət sonra evin sənədləri ilə maraqlanan xanım şoka düşüb. Keçmiş həyat yoldaşının ölümündən 4 ay sonra yaşadığı xanımla nikaha girdiyi bəlli olub.

Daha sonra verilişə iki arvadını qəbirisitanlıqda saxlayan Sahib dəvət edilib. Sahibin görüntüləri və açıqlamaları ekspertlərin hiddətinə səbəb olub. Sahibin istəyi isə 3 uşağına və iki yoldaşına sığınacaq verilməsi olub. Verilişin sonunda Sahib adının açıqlanmasını istəməyən şəxs tərəfindən sığınacaqla təmin edilib. Amma tənqidlərin ardı arası kəsilməyib.

Bacıları tərəfindən atılan Svetlananın ortancıl bacısı birbaşa efirdə bacısını yalan danışmaqda günahlandırıb. “Biz səni sildik. Sən də bizi sil”.

COP29