Daha əvvəl alman qəzeti “Bild”in baş redaktoru olan və Türkiyə əleyhinə xəbərlərə imza atan Kai Diekmannın Bodrumdan paylaşdığı şəkillər sərt reaksiyaya səbəb olub.
Yenicag.Az Türkiyə mediasına istinadən xəbər verir ki, reaksiyalara cavab verən Diekmann artıq “Türkiyə etibarlı deyil” xəbərlərini yazan “Bild” qəzetində çalışmadığını bildirib.
Lakin Diekmannın 15 il idarə etdiyi qəzet Türkiyə əleyhinə apardığı təbliğatla ilk dəfə deyil ki gündəmə gəlir. Qəzet son dövrdə iki ölkə arasında yaşanan böhranda Türkiyə əleyhinə xəbərlər yayımlamaqla diqqət çəkib.
Xatırladaq ki, bir müddət əvvəl Almaniya Xarici İşlər Nazirliyi vətəndaşlarına Türkiyəyə səyahətlə bağlı xəbərdarlıq etmiş, bu ölkəyə səyahət edəcəkləri təqdirdə həbs olunmayacaqlarına zəmanət vermədiyini qeyd etmişdi.
www.yenicag.az