Düşmənin canlı qüvvəsi, texnikası və atəş məntəqələri məhv edildi

media-hightechnic-468x90

Azərbaycan Ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi məhv edilib.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

Onun sözlərinə görə, eləcə də 3 tank, 2 PDM, 6 artilleriya qurğusu, 1 ədəd “Qiasint-B” topu, 2 ədəd “QRAD”, 1 komanda idarəetmə məntəqəsi, 9 ədəd avtomobil texnikası və bir neçə atəş məntəqəsi məhv edilərək sıradan çıxarılıb:

“Hazırda bölmələrimiz cəbhəboyu döyüşləri davam etdirir” – A.Eyvazov qeyd edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600