Xəbər verdiyimiz kimi, Kəlbəcər rayonu noyabrın 25-də düşmən işğalından azad edilib.
Artıq Azərbaycan ordusu rayonda öz mövqelərini gücləndirməkdədir.
Bununla paralel olaraq, illərlə həsrətində olduğumuz Kəlbəcərin hər qarışını görmək marağından olacaq ki, hər gün rayonla bağlı yeni görüntülər ortaya çıxır.
Bu gün sosial şəbəkələrdə Kəlbəcərin viran qalmış kəndlərinin görüntüləri yayılıb.
Videodan ermənilərin kəndləri tərk edərkən, barbar təbiətlərindən irəli gələrək, hər şeyi məhv etdiyi, yandırdığı, dağıntıya məruz qoyduğu aydın görünür.
www.yenicag.az