!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Düzgün şəkildə necə arıqlamaq olar?

!Reklam – Yazi

“Sağalmağa vaxtımız yoxdur və ya bunun üçün kifayət qədər resurs lazımdır”, – deyib keçmək olmaz. Belə olan halda, bədəndə və beyində stress yığırıq”.

Yenicag.az xəbər verir ki, bunu çəki artımının qarşısını almaq üçün atılmalı olan addımlardan danışan psixoterapevt, Natalya Uxanova deyib.

O bildirib ki, stress çəki artımının əsas səbəblərindən biri olaraq arıqlamağa mane törədən əsas faktordur:

“Artıq çəkilər həm də pis əhval-ruhiyyə yaradır. Stress isə bədənin bərpasına imkan vermir. Düzgün arıqlamaq üçün rahat olmaq çox vacibdir.

“Sağalmağa vaxtımız yoxdur və ya bunun üçün kifayət qədər resurs lazımdır”, – deyib keçmək olmaz. Belə olan halda, bədəndə və beyində stress yığırıq və sonrakı dövrlərdə isə bu əhval-ruhiyyə, sağlamlıq və fəaliyyətlə bağlı problemlərə yol açır. Emosional tükənmə və xəstəlik qazana bilərsiniz. Əlavə olaraq yığılmış stress arıqlamağa təsir edir.

Əgər probleminiz böyükdürsə, öhdəsindən təkbaşına gələ bilmirsinizsə, həkimə müraciət etməyiniz mütləqdir. Hər zaman gündəlik rejimi normallaşdırmağa və emosional təcrübələrin sayını azaltmağa cəhd etməlisiniz”.

Nəsimi Ələsgərli

www.yenicag.az

360
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv