DXR separatçılarının lideri ölüm ayağındadır

media-hightechnic-468x90

z6h2AJ6Yenicag.az saytının “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, Donetsk vilayətinin keçmiş ” xalq qubernatoru” və qondarma DXR-nın liderlərindən biri olan Pavel Qubaryev huşsuz vəziyyətdə Rusiyanın Rostov-Don şəhərindəki xəstəxanaların birində yerləşdirilib.

Məlumata görə, onun avtomobili açılan atəş nəticəsində yol kənarındakı dirəyə dəyib və nəticədə P. Qubaryov yaralanıb. Hadisə, ilkin məlumatlara görə, DXR-in nəzarət etdiyi ərazidə baş verib. Qubaryov rəhbəri olduğu “Novorossiya” təşkilatının mətbuat xidmətinin yaydığı məlumata görə, o avtomobillə hərəkət edərkən, naməlum şəxslərin atəşinə məruz qalıb. Nəticədə  avtomobil yoldan çıxaraq, kənardakı dirəyə dəyib”.

Təşkilat nümayəndələrinin bildirdiyinə görə, hazırda Qubaryov huşunu itirmiş halda xəstəxanadadır. Onun zədə aldığı və  vəziyyətinin ağır olduğu söylənilir.

Rüfət/Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600