DYP-nin iki şöbə rəisinə yeni vəzifə verildi - Kamran Əliyev əvvəlki vəzifəsinə qaytarıldı

media-hightechnic-468x90

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Yenicag.az xəbər verir ki, bunla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə o, Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

BDYPİ-nin Yol Patrul Xidməti Şöbəsinin rəisi Kamran Əliyev isə əvvəlki vəzifəsinə qaytarılıb.

Belə ki, o, İdarəinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin edilib.

Bu barədə xəbəri ilk avtosfer.az saytı yayıb.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600