!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DYP sürücülərə xəbərdarlıq etdi

!Reklam – Yazi

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yükdaşıma qaydalarına pozan sürücülərə xəbərdarlıq edib.

İdarədən Yenicag.az-a daxil olan xəbərdarlıqda deyilir:

“Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən yükdaşıma qaydalarına pozan sürücülərə qarşı mübarizə tədbirləri davam etdirilir. Yüklərin daşınması zamanı avtonəqliyyat vasitələrinin nəzərdə tutulmuş normadan artıq yüklənməsi hallarının doğurduğu fəsadlar, o cümlədən yol örtüyünün vaxtından tez sıradan çıxması, yolun deformasiyaya uğraması nəticəsində qəza riskinin dəfələrlə artması, digər hərəkət iştirakçıları üçün real təhlükə yaranması və sair neqativ hallar barədə dəfələrlə xəbərdarlıq edilməsinə, maarifləndirmə xarakterli tədbirlər görülməsinə baxmayaraq, təəssüf ki, yenə də müvafiq tələbləri pozan sürücülərə rast gəlinir.

İdarə bir daha yük daşımaları ilə məşğul olan hüquqi və fiziki şəxslərin diqqətinə çatdırır ki, təyinatından asılı olmayaraq istənilən yük Azərbaycan Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş kütlə hədlərindən artıq olmamalıdır.

Həmçinin sürücülərin, eləcə də yüklənməni həyata keçirən vəzifəli və hüquqi şəxslərin nəzərinə çatdırılır ki, mövcud qanunvericiliyin tələblərinə müvafiq olaraq göstərilən yük parametrlərini aşma hallarının müəyyən ediləcəyi təqdirdə nəqliyyat vasitələrinin hərəkəti qadağan edilməklə həmin şəхslər barəsində qanunvericilikdə nəzərdə tutulmuş sanksiyalar tətbiq ediləcək”.

www.yenicag.az

307
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv