DYP təhlükəli döngələrlə bağlı sürücülərə XƏBƏRDARLIQ ETDİ 

media-hightechnic-468x90

Ölkəmizin füsünkar bölgələrinə səfərlər zamanı bir sıra hallarda sərt döngəli, enişli-yoxuşlu yollar qət etməli oluruq. Dağlıq relyef üçün xarakterik olan enişli-yoxuşlu, kiçik radiuslu və ya məhdud görüntülü döngəli yol sahələrində isə hər bir sürücünün köməyinə ilk növbədə yol nişanları gəlir.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

“Xüsusilə, “Təhlükəli döngə”, “Təhlükəli döngələr”, “Sərt eniş”, “Sərt yoxuş”, “Döngənin istiqaməti” nişanları sürücünü qarşıdakı yol şəraiti haqqında əvvəlcədən xəbərdar edir, qabaqlayıcı tədbirlər görməyi tələb edir. Qalır bircə xəbərdarlığa əməl etmək.

Unutmayaq! Yol nişanları təkcə nizamlama vasitəsi deyil, həm də təhlükəsizliyimizin qarantıdır”, – deyə məlumatda qeyd olunub.

 

 

 

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05