!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ebola virusu tüğyan edir - Fövqəladə Vəziyyət elan edildi

!Reklam – Yazi

Ümumdünya Səhiyyə Təşkilatı fövqəladə vəziyyət elan edib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, təşkilat bu qərarı Konqo Demokratik Respublikasında Ebola epidemiyasının Şimali Kivu əyalətinin ən böyük şəhəri Qomaya keçməsindən sonra qəbul edib.

Qoma şəhərində ebola virsusu  keşişin ölümünə səbəb olub.

Keşişin ölümündən sonra Cenevrədə təcili toplantı keçirilib. Toplantıdan sonra ÜST-ün baş direktoru Tedros Adhanom açıqlama verərək bildirib ki, Konqoda Ebola virusu ilə mübarizə üçün Beynəlxalq Xalq Səhiyyəsi Fövqəladə Vəziyyəti elan olunub.

“Məqsəd Konqoda epidemiya ilə mübarizə çərçivəsində görülən işlərin keyfiyyətin artırmaqdır. Həmçinin dünyanın diqqətini bu xəstəliyə istiqamətləndirməkdir”, – ÜST-ün baş direktoru qeyd edib.

www.yenicag.az

7140
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv