!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ədalət Şükürov ailəsi ilə bağlı gizlinləri açdı: “Xanımım bilir ki...”

!Reklam – Yazi

Əməkdar artist Ədalət Şükürovun Yenicag.az-a müsahibəsini təqdim edirik.

– Şou-biznesdə həmkarları ilə qalmaqal yaşamayan tək-tük müğənnilərdənsiniz. Buna necə nail olursunuz?

– Adam gərək özünə hörmət etsin. Özünə hörmət etməyən insana heç kim hörmət etməz.

– Sizə qarşı hörmətsiz davranan müğənnilərə reaksiyanız necə olur?

– Söhbət nəinki müğənnidən, ümumiyyətlə, insanlardan gedir. Bu şəraiti heç kimə yaratmamışam ki, mənimlə hörmətsiz davransınlar.

– Şou-biznesdə kiməsə məsləhət verirsiz?

– 52 yaşım var; hesab edirəm ki, elə məsləhət verən yaşımdır. Bəlkə də elə hər gün məsləhətlər verirəm.

– Məsləhətlərinizi eşidirlər, yoxsa qulaqardına vururlar?

– Yaponların belə bir kəlamı var ki, əgər insan səhvini qəbul edirsə, deməli, ağıllı adamdır. Əgər qəbul etmirsə, deməli, ikinci dəfə də səhv edəcək. Demirəm, kimsə nəsə məsləhət verirsə, mütləq onu dinləməlisən. Nolsun ki, yaşca böyükdür? Bəlkə elə dedi ki, özünü 16-cı mərtəbədən at, sən atmalısan? Məsləhətə qulaq asıb, düzgün nəticə çıxartmaq lazımdır.

– Mərhum xalq artisti İlhamə Quliyevanın təbirincə desəm, heç indiyə qədər sizə qarşı “çaşanlar” olub?

– Son 10-12 ildə elə şey olmayıb.

– Yəni ona qədər olub?

– Mən kiminsə hərəkətini “çaşmaq” kimi qiymətləndirmirəm. İnsandır, səhv edib. Bəzən mənim də səhv etdiyim vaxtlar olur.

– Reaksiyanız necə olub, heç çəkib kənara başa salmısız?

– 10 il əvvəl olsaydı, bəlkə də döyərdim, indi isə yox… Çalışıram başa salım. Bir söz var e, “qananın da qadasın alım, qanmayanın da”, dad yarımçıq əlindən. Adam var ona nəsə deyirsən başa düşür, bu, əla. Bir də var deyirsən, anlamır. Bunu da keçmək olar. Adam var, başa düşür, amma özünü gicliyə qoyur. Bu artıq başqa məsələ.

– Xanım müğənnilərdən kimlərlə dostluq edirsiniz?

– Telefonumda qadın müğənnilərin nömrəsi yoxdur. Onlar zəng edir, amma mən heç vaxt hansısa qadın sənətçiyə zəng etmirəm.

– Niyə, səbəb nədir?

– Səbəb yoxdur. İşlə bağlı hər hansı məsələ olanda köməkçimə deyirəm, həmin xanımın köməkçisinə nəsə deyir.

– Deyirlər, şou-biznes aləmində ən varlı müğənnilərdən biri də Ədalətdir.

– Varlı nəyə deyirlər? İki-üç avtomobilim, bir bağım, iki evim varsa, bu var-dövlətdir? Bizdən də imkanlı iş adamları var. Onlar üzdə olan insanlar deyil, buna görə də gözə görünmürlər.

– Heç sizə yazıb, ya zəng edib, pul istəyənlər olur?

– Səhərdən axşama qədər “drekt”ə yazırlar. Təsəvvür edin, hər adama kömək etsən, səndə nə qalar? Borc verə bilərəm, onu da tanıdığım adama.

– Kompleksiniz varmı?

– Yox, Allah etsin, hamı mənim yaşımda elə mənim kimi görünsün.

– Ailənizi mediadan uzaq tutursuz. Nə efirdə görünürlər, nə də sosial şəbəkələrdə. Tədbirlərə də tək qatılırsız…

– Ailə şəxsi məsələdir. Heç kim heç kimin ailəsinə qarışa bilməz.

– Evdə uşaqlarınıza və xanımınıza sərt qadağalarınız varmı?

– Əlbəttə var. Xanımım da, uşaqlarım da bilirlər ki, evdə mənim öz qaydalarım var və bu qaydalara sözsüz əməl olunur.

Cəvahir

COP29

www.yenicag.az

7651
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv