Edqars Rinkeviç bu ölkənin yeni prezidenti seçildi

media-hightechnic-468x90

Mayın 31-da Latviyada prezident seçkiləri keçirilib. Üçüncü turda səsvermə nəticəsində hazırkı xarici işlər naziri Edqars Rinkeviç Latviyanın 11-ci prezidenti seçilib.

Yenicag.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb

Onun lehinə 52 deputat səs verib.

Qeyd edək ki, Edqar Rinkeviç “Yeni Birlik” partiyasının siyasətçisidir, 2011-ci ilin oktyabrından Xarici İşlər Naziri vəzifəsində çalışır. Onun prezidentliyə namizədliyi mayın 11-də yekdilliklə Yeni Birlik tərəfindən irəli sürülüb.

Parlamentdə çıxış edən Edqar Rinkeviç ona göstərilən etimada görə təşəkkürünü bildirib. O, həm onu ​​dəstəkləyənlərə, həm də əleyhinə səs verənlərə təşəkkür edib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa