ƏDV daxilolmaları 8 milyarddan çox olacaq

media-hightechnic-468x90

Növbəti ildə dolayı vergi hesab edilən ƏDV üzrə daxilolmaların 9 mlrd. manatlıq həddi aşaraq 9 216,3 mln. manat təşkil edəcəyi proqnozlaşdırılır.

Yenicag.az xəbər verir ki, bu, Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının rəyində öz əksini tapıb.

Qeyd edilib ki, bu göstərici ilə ƏDV-nin dövlət büdcəsinin cəmi gəlirlərində Dövlət Neft Fondundan transfertlərdən sonra 23,9%-lik payla ən böyük daxilolma mənbəyi olacağı nəzərdə tutulur.

Məlumata görə, maliyyə hesabatlarının tərkib komponentlərindən biri olan “Maliyyə vəziyyəti haqqında hesabat”a əsasən, Mərkəzi Bankın 2023-cü və 2024-cü illərin sonuna bölüşdürülməmiş mənfəətinin məbləği illər üzrə müvafiq olaraq 501,2 mln. manat və 972,7 mln. manat təşkil etmişdir. 2024-cü ilin təcrübəsindən fərqli olaraq Mərkəzi Bankın reallaşdırılmış mənfəətinin sərbəst qalığı üzrə cari ildə olduğu kimi, növbəti ildə də daxilolmalar proqnozlaşdırılmır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa