Efirdə duyğusal anlar yaşandı-Video

media-hightechnic-468x90

82254Ukraynada Donetsk və Luqansk vilayətinin yaşayış məntəqələrinə endirilən aviazərbələr nəticəsində evləri dağılanlar arasında həmyerlilərimiz də var.
Yenicag.az anspress-ə istinadən bildirir ki, Luqansk vilayəti Staxanov şəhər sakinləri olan azərbaycanlı Cəmilə və Səkinə Məmmədova bacıları da öz valideynlərilə əlaqəni itiriblər. Hazırda Bakı şəhərində qohumları evində sığınan qızlar bir neçə gün əvvəl “Xəbərçi”nin buraxılışlarında Ukrayna il bağlı gedən süjetdə evlərinin dağıldığının şahidi olublar.

Bacılar valideynlərindən narahat idilər. Onlar fikirləşirdilər ki, valideynləri partlayış zamanı ölüblər. Bu gün də Cəmilə və Səkinə Məmmədova bacıları ANS-in efirində yayımlanan “Adam içində” verilişində göz yaşları axıtdılar. Amma bu dəfə sevinc göz yaşları oldu. Belə ki, “Adam içində” verilişinin əməkdaşları bacıların valideynlərini tapıblar. Ana studiyaya telefonla bağlanaraq sağ olduqlarını deyib. Sevinclə kədərin birləşdiyi anlar tamaşaçılara da duyğusal anlar yaşadıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600