Efirdə saqqız çeynədiyi üçün tənqid olunan Əməkdar artistdən SƏRT CAVAB: “Bəziləri kimi…” - VİDEO

media-hightechnic-468x90

Tanınmış qarmon ifaçısı, Əməkdar artist Gövhər Rzayevanın efirdə saqqız çeynəməsi sosial şəbəkə izləyiciləri tərəfindən müzakirələrə səbəb olub və tənqid olunub.

Yenicag.az-a açıqlama verən qarmon ifaçısı ona ünvanlanan tənqidlərə əhəmiyyət vermədiyini bildirib:

“Saqqız çeynəmişəm, burada tənqid olunacaq nə var ki ? Çıxıb efirə camaatın dalınca dedi-qodu etməmişəm, onun-bunun evini yıxmamışam. Bəziləri kimi çılpaq vəziyyətdə efirə çıxmıram. Bekar adamlardı, danışmağa söz axtarırlar. Danışsınlar, mənim üçün əhəmiyyəti yoxdur. Onsuz da aşığın sözü qurtaranda “dalay-dalay” deyər”.

Qeyd edək ki, sənətçinin verilişlərin birində saqqız çeynəyərkən görüntüsü yayılıb.

Cəvahir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa