Əfqanıstanda 60-dək “Taliban” döyüşçüsü öldürüldü
Son sutka ərzində Əfqanıstan Silahlı Qüvvələrinin həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində “Taliban” radikal birləşməsinin 60-dək döyüşçüsü zərərsizləşdirilib.
Yenicag.az apa-ya istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Daxili İşlər Nazirliyinin rəsmi saytında məlumat verilir.
“Əməliyyat Uruzqan, Zabul, Qazni, Gilmend, Loqar, Qunduz, Sari-Pul, Badahşan, Fryab, Paktiya, Host və Baqlan vilayətlərində aparılıb. Nəticədə “Taliban”ın azı 57 silahlı üzvü öldürülüb, 35-i yaralanıb, 2 döyüşçü isə Əfqanıstan milli təhlükəsizlik qüvvələri tərəfindən ələ keçirilib”,- deyə DİN-in məlumatında deyilir.
Silahlı Qüvvələrin itkisi barədə məlumat verilmir.
Nazirliyin məlumatına görə, hərbçilər döyüşçülərin yüngül və ağır silahlarını müsadirə ediblər. Polis 7 əldəqayırma partlayıcı vasitəni zərərsizləşdirməyə də müvəffəq olub.