Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Əfqanıstanda hərbi bazaya hücum: 17 hərbçi öldü

Əfqanıstanda yerli hərbçilərlə “Taliban” silahlıları arasında qarşıdurma baş verib.

Yenicag.az xəbər verir ki, terrorçuların hücumu nəticəsində azı 17 hərbçi ölüb, 25 nəfər isə yaralanıb. Bu barədə yerli “Tolo News” telekanalı məlumat yayıb.

Hadisə Əfqanıstan Milli ordusunun Fayrabdakı bazasında baş verib.
“Taliban” silahlıları sözügedən bazanı ələ keçirmək üçün son dövrlər bir neçə dəfə bura hücumlar təşkil etsələr də, istəklərinə çata bilməyiblər.

Ölkə rəhbərliyinin Faryabdakı hücumlara qarşı heç bir tədbir görməməsi isə bu bölgədən olan millət vəkili Bəşir Əhməd Tayyancın sərt tənqidinə səbəb olub. O, ölkə parlamentində çıxışı zamanı bu bazanın terrorçular tərəfindən ələ keçiriləcəyi təqdirdə Əfqanıstanın şimal rayonlarının böyük təhlükə altında olacağına diqqət çəkib.

www.yenicag.az

9083
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS