!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əfqanistanda seçkilər zamanı terror: Dördü Taliban lideri 67 nəfər öldürüldü

!Reklam – Yazi

Əfqanistanda parlament seçkiləri başlayandan bu yana 193 silahlı hücum baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirinin müavini Əxtar Məhəmməd İbrahimi təsdiqləyib.

İbrahiminin sözlərinə görə hücumlar nəticəsində 27-si sivil vətəndaş olmaqla 36 nəfər həyatını itirib. Daha 126 adamın yaralandığı barədə məlumat verilib.

Hücumlar bombalı və silahlı şəkildə birbaşa olmaqla yanaşı, kamikazelərin özünü partlatması ilə də həyata keçirilib.

İbrahimi qeyd edib ki, hücumlarda əsas məqsəd seçkilərə maneə törətmək olub. Əfqanistan təhlükəsizlik qüvvələrinin qabaqlayıcı tədbirləri ilə bunun qarşısı alınıb.

Eyni zamanda Əfqanistan Daxili İşlər Nazirinin sözlərinə görə terror təşkilatının 31 üzvü məhv edilib. Onlardan dördünün Taliban rəhbərləri olduğu bildirilib.

www.yenicag.az

4517
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv