Əfqanıstanın Nanqarhar vilayətinin Cəlilabad şəhərində silahlı şəxslərin Milli Radio və Televiziya binasına hücumu zamanı 6 nəfər ölüb, 18 dinc sakin yaralanıb.
Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, bu barədə “Tolo News” telekanalı məlumat yayıb.
Məlumata görə, öldürülənlərin 4-ü teleradio şirkətinin, 2-i isə təhlükəsizlik qüvvələrinin əməkdaşıdır. Vilayətin polis rəisi Abdul Rəhman Rahimi də hücum zamanı Milli Radio və Televiziya şirkətinin 4 əməkdaşının və 2 hərbçinin həlak olduğunu təsdiqləyib.
Hücum teleradio şirkətinin binasında daha çox əməkdaşın olduğu vaxt baş verib. “Biz atəş səslərini eşitdikdə telemərkəzi tərk etdik. Lakin binanın heyəti hücum vaxtı iş yerində qaldı” – deyə teleradio şirkətinin rəhbərlərindən olan Əmrulla Rəvan bildirib.
Teleşirkətin binası Əfqanıstanın təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən əhatəyə alınıb. Onlar 4 saatlıq ağır döyüşdən sonra silahlıları zərərsizləşdiriblər. Telekanalın məlumatına görə, silahlılardan 2-i məhv edilib, 1-i tutulub.
Yeniçağ.Az
www.yenicag.az