Əfqanıstanla Pakistan arasında toqquşmalar başladı
Altı sərhəd əyalətində Pakistan və Əfqanıstan hərbçiləri arasında toqquşmalar baş verib.
Yenicag.az xəbər verir ki, bu barədə Taliban sözçüsü Zabihullah Mücahid məlumat paylaşıb.
“Pakistan hərbi dairələrinin təkrar-təkrar təxribatlarına və pozuntularına cavab olaraq Durand xətti boyunca Pakistan hərbi mövqelərinə və qurğularına qarşı genişmiqyaslı hücum əməliyyatları başladılıb”, – sözçü bildirib.













