!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əfsanəvi kəşfiyyatçı: “Anam dedi ki, səni Vətənə ərməğan etmişəm” - VİDEOMÜSAHİBƏ

!Reklam – Yazi

Tanınmış jurnalist Sara Safuranın təqdimatında “Zəfər yolu” adlı layihənin növbəti buraxılışı əfsanəvi kəşfiyyatçı Elmar Allahverdiyevə həsr olunub.

Yenicag.az-ın qonağı olan E.Allahverdiyev keçdiyi şərəfli döyüş yolu barədə danışıb, xatirələrini dilə gətirib.

Qeyd edək ki, E.Allahverdiyev 4 noyabr 1986-cı il Şəki rayonu Cəfərabad kəndində anadan olub.

2002-2005-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə, 2005-2009-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində motoatıcı ixtisası üzrə təhsil alıb. 2009-2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində zabit, 2010-2011-ci isə illərdə Silahlı Qüvvələrin təlim-tədris mərkəzi Kəşfiyyat ixtisaslaşdırma kurslarını keçib.

2020-ci ilin oktyabr ayında işğal altında olan torpaqların azadlığı uğrunda başlamış hərbi əməliyyatlarda könüllü olaraq yenidən ordu sıralarına qatılıb, kəşfiyyat bölük komandiri vəzifəsində iştirak edib. 2020-ci il 5 noyabr tarixində Daşaltı kəndi istiqamətində gedən döyüşlərdə yaralanıb.

44 günlük Vətən müharibəsində düşmən tapdağı altında olan Füzuli, Hadrut, Qubadlı, Şuşa istiqamətlərində döyüşlərdə kəşfiyyat bölük komandiri vəzifəsində iştrak edib.

Onun göstərdiyi şücaət və qəhrəmanlıq dövlət tərəfindən yüksək qiymətləndirilib, Prezident İlham Əliyevin sərəncamı ilə “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalı ilə təltif olunub.

Daha ətraflı videonu təqdim edirik:

Cəvahir

Cavid

www.yenicag.az

7218
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv