Əfv sərəncamının icrasına başlanılıb

media-hightechnic-468x90

118a2bad6560b47d97ce2d1fe3df08dfAzərbaycan prezidentinin imzaladığı əfv sərəncamının icrasına başlanılıb.

Prezident İlham Əliyevin dekabrın 29-da imzaladığı sərəncam ümumilikdə 87 nəfərə şamil edilib.

Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 79 nəfər cəzanın çəkilməmiş hissəsindən, 3 nəfər islah işləri, 5 nəfər isə cərimə cəzasından azad edilib.

Əfv olunanlar arasında “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, “P.S Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəyli, vəkil Qurban Məmmədov, “NİDA” Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvləri Zaur Qurbanlı və Üzeyir Məmmədli də var(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600