Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Əgər boşanmaların əsas səbəbi zorakılıq və narkomaniyadırsa...” – Psixoloqdan TÖVSİYƏ

“Statistikaya görə, evliliyinin 5 ilindən sonra baş vermiş boşanmaların sayı olduqca azdır”.

Ötən ilin yanvar-noyabr aylarında ölkəmizdə 32 min 437 nikah və 13 min 439 boşanma halları qeydə alınıb. Artıq 1 ildən çoxdur ki, dünyada pandemiya şəraiti davam edir. Bu dövr digər sahələr kimi, nikah və boşanmaların sayına da təsirsiz ötüşməyib.

Psixoloq İlahə Dadaşova Yenicag.az-a açıqlamasında karantin dövrünün ailədaxili münasibətlərə və boşanma hallarına təsirlərini dəyərləndirib. İlahə Dadaşovanın sözlərinə görə, boşanmaların artmasında psixoloji və sosioloji amillər həlledici rol oynayırlar:

“Karantin dövründə bir sıra məhdudiyyətlərin tətbiqi fonunda boşanmaların sayı daha da artıb. Azərbaycanda ailə modeli ciddi təsirlərə məruz qalıb. Karantin dövrü isə bu prosesi daha da sürətləndirib.

Əksər ailələrdə ailə üzvləri bir yerdə çox qaldıqca, ailədaxili mübahisələr daha da artıb. Ailə məsuliyyətini dərk etməyən cütlüklər arasında qurulan ailələrin dağılmasına da çox rast gəlinir.

Bəzən valideynlər 22-25 yaş aralığında olan oğlunu məcburi evləndirirlər. Psixoloji cəhətdən evliliyə hazır olmayan gənclərin evləndirilməsinin sonu boşanma ilə bitir. Bu halların qarşısını almaq üçün cütlüklər evlənmədən öncə psixoloq seansında olmalıdırlar”.

Psixoloq vurğulayıb ki, karantin dövründə boşanmaların qarşısını almaq üçün ailədaxili problemlərinin səbəblərini araşdırmaq lazımdır:

“Çünki problem varsa, bunda hər iki tərəfin günahı olur. Psixoloq kimi hər zaman bildirirəm ki, boşanma ən sonuncu çıxış yoludur. Ailənin xilası üçün tərəflər oturub danışmalıdırlar.

Evliliyin ilk 3 və 5 ili tərəflərin bir-birini tanıması üçün kritik dövrdür. Boşanmalar daha çox bu dövr ərzində baş verir. Evliliyin 5 ilindən sonra artıq adaptasiya dövrü yaranır. Statistikaya görə, evliliyinin 5 ilindən sonra baş vermiş boşanmaların sayı olduqca azdır.

Zorakılıq, alkoqolizm, narkomaniya kimi səbəblərə görə boşanmaya getmək doğru yoldur. Lakin sosial-iqtisadi problemlərə görə ailəni dağıtmaq düzgün deyil. Ümumiyyətlə, gənc ailələrin sosial rifahını təmin etmək üçün dövlət səviyyəsində müvafiq addımların atılması vacibdir”.

Gülşən Şərif

Loading...

www.yenicag.az

370
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100