Əhalinin kredit borcları bağışlana bilərmi? – İqtisadçılar şərh edir

media-hightechnic-468x90

download (2) Son zamanlar cəmiyyətdə əhalinin banklardan götürdüyü kreditlərin bağışlanacağı haqda informasiyalar yayılıb. Deyilənlərə görə dövlət, kiçik məbləğli kreditləri özü qarşılayacaq.

İqtisadçı ekspert Rəşad Həsənov düşünür ki, hazırki situasiyada bu mümkün deyil.

“Təbii ki, son günlər bu və buna bənzər informasiyaların yayıldığını biz də müşahidə edirik. Lakin, bu kimi informasiyalar ictimai fikirləri qarışdırmaq və bilərəkdən pozitiv lakin, heç bir əsası olmayan əhval ruhiyyəyə kökləmək məqsədi daşıya bilər. Kreditlərin bağışlanması və yaxud müəyyən hissəsinin silinməsi, korlanmış və aidiyyatı reyestrlərdə arzuolunmaz qara siyahılarda olan vətəndaşların əhv edilməsi( yeni şans verilməsi nəzərdə tutulur) və s. buna bənzər addımlar dünya təcrübəsində rastlaşdığımız hallardan sayılır”-deyə ekspert sözlərinə əlavə edib.

 

Qonşu Türkiyəni misal gətirən ekspert deyib ki, həmin ölkə parlamentində buna bənzər qərarlar dəfələrlə müzakirəyə cıxarılıb və bunların əksəriyyəti xalqın mənafeyinə uyğun nəticələndiyini bildirib. İqtisadçı ekspert qeyd edib ki, Azərbaycanda situasiya fərqlidir.

 

“Birincisi kredit bataqlığını dərinləşdirən 21 fevral devalvasiyasından sonra hökumətin davranışlarına diqqət etmək lazımdır. Son olaraq Konstitusiya Məhkəməsinin qərarını da nəzərə alsaq görərik ki, Mərkəzi Bank və mövcud siyasi iradə xalq üçün hansısa güzəşti etmək fikrində deyil. Hətta nisbətən əsaslandırılmış və bəzi dünya ölkələrində sınanmış metodlardan sayılan xarici valyutaların qaytarılmasına orta məzənnənin tətbiq edilməsi belə qəbul edilmədi. İkincisi kredit borcları yalnız ictimai vəsaitlər hesabına yəni dövlət tərəfində banklara əvəzi ödənməklə silinə bilər ki, hazırda hökumətin maliyyə vəziyyətini nəzərə aldıqda üfüqdə belə görünməyən arzuya oxşayır. Ölkədə 2 milyondan artıq kredit borcu olan vətəndaş var. Kredit borcu olan hər bir vətəndaşa hər 1 manat güzəştə görə hökumət 2 milyon manat ödəmə həyata keçirməlidir. Bu isə 1000 manat olduqda 2 milyard manat vəsait deməkdir. Təbii ki, bu məbləğdən az güzəşt kimsə üçün uzunmüddətli dəstək sayıla bilməz. Bəzən mətbuat güzəşt məbləğini hətta 10 min manatlarla ictimailəşdirir ki, bu da yuxarıda qeyd etdiyimiz yanaşma ilə 20 milyard manat, yaxud dövlət büdcəsindən belə artıq vəsait deməkdir. Mən şəxsən ən kiçik güzəştə belə inanmıram və vətəndaşların da bu kimi şaiyələrə uyğun davranıb, ödənişlərini gecikdirərək həm əlavə dəbbə faizi itkisinə və həm də korlanmış kredit tarixçəsinə malik olmamaları üçün imkan daxilində borclarını qaytarmağa çağırıram. Çünki, artıq bizdə olan məlumata görə ən kişik kredit gecikməsi olan vətəndaşların belə ölkədən çıxışına qadağa tətbiq edilib. Son günlər gömrüklərdən qaytarılan vətəndaşların sayı kütləvi şəkildə artır. Bu isə o deməkdir ki, istənilən halda hüquqi və yaxud qeyri hüquqi yollarla kredit borcları bizə ödətdiriləcək. Ona görə də əlavə baş arğısı olmasın deyə vətəndaşları heç bir əsası olmayan iddiala daha soyuqqanlı yanaşmağa dəvət edirəm. Əks halda itirən tərəf olacaqlar”.

 

Digər iqtisadçı ekspert Natiq Cəfərli isə bankların zorla ayaq üstə durduğunu, bunun sadəcə mümkün olmadığını diqqətə çatdırıb.

Kamran Ədalətoğlu

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600