!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əhəd Abıyev Gültəkin Hacıbəylini niyə döydü? - İcra başçısı o günləri nədən xatırlamaq istəmir?

!Reklam – Yazi

Son günlər mediada keçmiş deputat Gültəkin Hacıyevanın çoxsaylı ticarət obyektləri və şirkətləri haqda məlumatlar yayılıb.

İddialara görə, Gültəkin Hacıyeva bu mal-dövləti deputat olduğu illərdə mandatından sui-istifadə edərək, müxtəlif iş adamlarına təzyiq göstərərək əldə edib. Məlumata görə, Hacıyeva Azərbaycandakı bir çox uğurlu iş adamlarına müxtəlif təzyiq üsulları ilə hədə-qorxu gələrək, onların biznesinin müəyyən hissəsinə şərik olur, hətta bəzilərinin biznesini ümumiyyətlə, əlindən alırmış. Adının çəkilməsini istəməyən uğurlu iş adamlarından biri 2008-2009-cu illərdə Gültəkin Hacıyevanın diqqətini cəlb edir.

Deputat öz adamları vasitəsi ilə sahibkarı görüşə çağırır və ona “krışalıq” təklif edir. Qoyulan şərt isə belə olur ki, əgər o, razı olmasa onun barəsində Milli Məclis səviyyəsində ölçü götürüləcək, müxtəlif dövlət instansiyaları tərəfindən onun obyektlərində yoxlamalar başlanacaq. Sahibkar Hacıyevanın təklifi ilə razı olmur və görüşü tərk edir. Bundan sonra Gültəkin Hacıyeva mütəmadi olaraq ona zəng edərək və adamları ilə söz göndərərək, təzyiqlərini, hədə-qorxularını davam etdirir. Təngə gələn sahibkar məsələni yaxın dostluq münasibətlərində olduğu digər deputat, hazırda Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyevə danışaraq, ondan kömək istəyir. Məsələdən xəbərdar olan Abıyev Gültəkin Hacıyevanı Bakı sirkinin yaxınlığındakı “Görüş” kafesinə dəvət edir. Məlumata görə, kafedə bu məsələnin iki deputat arasında müzakirəsi insidentlə başa çatır. Abıyevin sahibkardan əl çəkmək tələbinə məhəl qoymayan Gültəkin Hacıyeva deputat həmkarı ilə mübahisə edir.

Mübahisə qarşılıqlı söyüşə və təhqirə keçir, nəticədə hirsini cilovlaya bilməyən Əhəd Abıyev Gültəkin Hacıyevanı kafenin içindəcə döyməyə başlayır. Hadisənin şahidlərinin dediyinə görə, Gültəkin Hacıyevanın baş və sifət nahiyəsinə endirilən zərbələrdən o, orta-ağır dərəcəli xəsarətlər alır. Xanım deputatın Əhəd Abıyevin zərbələrindən ağız-burnunun qanadığı və gözünün göyərdiyi bildirilir.

Yenicag.az məsələ ilə bağlı Əhəd Abıyevin fikrini də öyrənib. O, bunları bildirib:

“Baxmayaraq ki, o qadınla kolleqa olmuşuq, amma onunla aramızda heç bir yaxınlıq olmayıb. Deyim ki, nə danışıq əlaqəm, nə münasibətim olub, nə də ki hansısa bir xeyir-şərdə, kampaniyada oturub, bir stəkan çay içmişəm. Amma aramızda inciklik olub. Parlamentdə yer üstündə mübahisəmiz düşüb. O deyib,” burda mən oturacam”, mən də demişəm, “oturduğum yerdən durmayacam”.

Gördüm ki, özündən çox razıdır. Dedim ki, “sən kimsən, get işinlə məşğul ol”. Çünki o məndən sonra gəlmişdi parlamentə. Mən o kreslonu özəlləşdirməmişdim, sadəcə olaraq, əvvəldən elə həmin yerdə otururdum, niyə durmalıydım ki? Açığını deyim ki, mənim ondan heç vaxt xoşum gəlməyib, nə özündən, nə də hərəkətindən… Necə yəni “sən dur, mən oturum?”

Baxmayaraq ki, deputat idi, parlamentdə iki-üç adamdan biri o idi. Amma onu görəndə allergiyam tuturdu. Həyat sübut etdi ki, bunların başına oyunlar niyə gəldi. Hərə öz taleyini yaşayır”.

Cəvahir Nehru

COP29

www.yenicag.az

6890
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv