Əhmədian Paşinyana xəbərdarlıq etdi

media-hightechnic-468x90

Regiondankənar və xarici qüvvələrin mövcudluğu bölgədə siyasi və təhlükəsizlik məsələlərinin mürəkkəbliyini artırır və bunların həllinə kömək etməyəcək.

Yenicag.az xəbər verir ki, bunu İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşən İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian deyib.

Əhmədian sülh və sabitliyin bərqərar olmasının yalnız region ölkələrinin köməyi və əməkdaşlığı ilə mümkün olduğunu bildirib.

Görüşdə iki ölkə arasında hərtərəfli siyasi, iqtisadi və müdafiə əlaqələrinin səviyyəsinin yüksəldilməsinin vacibliyi də vurğulanıb. Tərəflər neft emalı və neft-kimya sənayesi kimi yeni sahələrdə əməkdaşlığın daha da genişləndirilməsindən söz açıblar.

Qeyd edək ki, Əhmədian Paşinyanla ötən gün görüşüb./axar.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600