Əhmədinejad nəhayət Qvatemalaya GEDƏ BİLDİ - VİDEO
Əhmədinejad nəhayət Qvatemalaya gedə bilib.
Yenicag.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilir ki, İran İslam Respublikasının keçmiş prezidenti Mahmud Əhmədinejad Qvatemaladadır.
Xatırladaq ki, bundan əvvəl Əhmədinejadın İrandan çıxmasına icazə verilməmişdi və pasportu əlindən alınmışdı.
Mümkün təhlükəsizlik risklərindən qaçmaq üçün Əhmədinejadın Qvatemalaya uçmasına icazə verilməmişdi.
Xuraman Etibarlı