Əkin sahəsində meyit tapıldı

media-hightechnic-468x90

images (6)Ağdamın Eyvazlı kəndi yaxınlığında kişi meyiti tapılıb.

Hadisə yerinə gələn Ağdam Rayon Prokurorluğunun əməkdaşları ölü vəziyyətdə tapılmış şəxsin kimliyini müəyyən ediblər.

Məlum olub ki, Quzanlı-Qaradağlı yolunun kənarında əkin sahəsində meyiti aşkarlanan şəxs Ağdam rayonu Kəlbəhüseynli kənd sakini, 1968-ci il təvəllüdlü Aslanov Adil Sabir oğludur. Onun spirtli içki aludəçisi olduğu bildirlir.

Müstəntiqin bildirdiyinə görə, meyitin üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb. Hadisə yerinə gələn qohumları sonuncu dəfə A. Aslanovu dünən axşam saatlarında gördüklərini bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600