Ekologiya və Təbii Sərvətlər Nazirliyi əhaliyə müraciət etdi

media-hightechnic-468x90

Hazırda ölkə ərazisində isti hava müşahidə olunur. Əksər rayonlarda hava yağmursuz olsa da, bəzi dağlıq ərazilərdə, o cümlədən Dağlıq Şirvan, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

O bildirib ki, cənubdan hərəkət edən isti hava kütləsinin ölkə ərazisinə təsiri nəticəsində həftəsonuna qədər havanın temperaturunun Bakı və Abşeronda 37-40, bölgələrdə 36-41, Naxçıvan Muxtar Respublikası və Mərkəzi Aran rayonlarının bəzi yerlərində 42-44 dərəcəyə qədər yüksələcəyi gözlənilir.

“Durğun və rütubətli hava şəraiti günün bəzi saatlarında bürkülü hava yarada bilər. Bu, əhali üçün əlverişsizdir. İsti hava şəraitində bol-bol maye qəbul edilməsi məsləhət görülür, uzun müddət açıq havada Günəş altında qalmaq tövsiyə olunmur”, – o qeyd edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05