Əksəriyyət Xırdalanda AES tikilməsinə qarşıdır – Sorğu
Bir neçə gün əvvəl “Milli Nüvə Tədqiqatları Mərkəzinin” sədri Adil Qəribov KİV-ə açıqlamasında bildirmişdi ki, gələn il nüvə reaktorunun layihələndirilməsilə bağlı tender elan ediləcək. Belə ki, qarşıdakı illərdə Atom Elektrik Stansiyasının (AES) inşası nəzərdə tutulub. AES-in tikintisi üzrə işlər 2020-ci ilə qədər başa çatması gözlənilir. Məsələ ilə bağlı MAQATE-yə müraciət də ediləcək.
Yenicag saytı olaraq, bİr məqama diqqət çəkmək istərdik ki, Atom Elektrik Stansiyalarının tikintisi, o cümlədən fəaliyyəti ciddi təhlükəsizlik tədbirləri tələb edir. Əks halda, minlərlə kilometr ərazi radiasiya təhlükəsi, o cümlədən ciddi faciə ilə üz-üzə qala bilər. Unutmayaq ki, 1986-cı ildə Ukraynanın Çernobil şəhərində AES-in partlaması nəticəsində, xeyli sayda insan həlak olmuş, radiasiyanın təsirinə uğramışdılar. Həmin fəsadlar bugün də zərər çəkmiş insanlarda özünü göstərir. Ümumiyyətlə insanların sıx yaşadığı yerlərdə belə stansiyanın tikilişi nə dərəcədə düzgündür?! Hökumət bunula bağlı hər hansı tədbirlər planı hazırlayıbmı?
Yenicag saytı olaraq, vətəndaşların məsələyə münasibətini öyrənməyə çalışdıq.
Nəzakət Qasanova: “Məncə, AES tikilməsi nəinki Xırdalanda, heç Azərbaycan ərazisində də düzgün deyil. Yəqin bu məsələni qaldıranların ankaloji mərkəzlərdən xəbəri yoxdur ”.
Məhəmməd Türkmən: “Gərəksizdir və çox təhlükəlidir. Məncə Azərbaycana bu lazım deyil. Əksinə, bu tikinti olmamalıdır. İkinci Çernobil kimə lazımdır? Sadəcə ehtimal edək ki, bu AES Xırdalanda tikildi. Üzərindən müəyyən müddət keçdi və qəza oldu. Bu bilirsiniz nə deməkdir? Minlərlə insan tələfatı ola bilər. Üstəlik illərlə davam edəcək xəstəliklər. Əgər çox vacibdirsə, yaşayış olmayan ərazilərdə tiksinlər.”
Zabil Məhərrəmov: “Belə stansiyanı Bakıda yox, ekoloji bədbəxtçilik gətirməyən başqa yerlərdə inşa etmək lazımdır”
Ruhanə Paşazadə : “Bu layihəyə münasibətim mənfidir. Çünki bizim təhlükəsizliyimiz və sağlamlığımız üçün çox təhlükəlidir”
Rəşad Şərifzadə: “Ümumiyyətlə radiasiyanın yayılma radiusuna baxdıqda, Qəbələ və Bakıdan yayılacaq şüalar, 10 ilə sonsuzluğa rəxidliyə, xərçəngin artmağına yol aça bilər. Digər səbəb Bakının ekoloji vəziyyəti hal-hazırda buna imkan verir mi? Çünki rəsmi olaraq 2.5 milyon qeyri-rəsmi isə əhalinin 4 milyona yaxını burada yerləşib”
Rufanə Günəş: “Hər-halda buna mütəxəssislər cavablandırsa daha yaxşı olar. Amma şəhərlərdə belə stansiyaların təhlükəli olacağını düşünürəm.”
Mərdanə Hüseynli: “ Mənim fikrimcə, bu düzgün deyil.Bakı yaxınlığında AES inşası verilməzdir”.
Mövzunu diqqətdə saxlayacağıq.
Kamran ƏDALƏTOĞLU