Elçin Ağamalıdan atası ilə bağlı BƏYANAT

media-hightechnic-468x90

“Fəzail Ağamalının özünü partiya sədri kimi təqdim etməsi doğru deyil”.

Bu fikirləri Ana Vətən Partiyasının (AVP) yeni sədri seçildiyini iddia edən Elçin Ağamalı Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, sədr postu ilə bağlı yaranmış mübahisəyə görə lazımi sənədlər Ədliyyə Nazirliyinə təqdim edilib.

E.Ağamalı, həmçinin siyasi partiyaların Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar birgə bəyanatında Ana Vətən Partiyasının sədri kimi Fəzail Ağamalının adının qeyd olunmasına münasibət də bildirib:

“Qurultay keçirilən gündən bildirmişik ki, Fəzail Ağamalı partiya sədrliyindən istefa verib və yeni rəhbər seçilib. Mövqeyimiz bəllidir. Fəzail müəllimin partiya sədri kimi özünü təqdim etməsini doğru hesab etmirəm. Hazırda Ədliyyə Nazirliyindən başqa hansısa qurumla təmasımız olmayıb. Ancaq zamanla hər şey ola bilər. Bu, istisna deyil”.

Qeyd edək ki, qalmaqallı qurultayda AVP-nin sədri Fəzail Ağamalının qızı Günay Ağamalı, oğlu Elçin Ağamalı və daha 2 nəfər partiya sədri postuna iddialı olub. Günay Ağamalının namizədliyini irəli sürmüş Fəzail Ağamalı Elçin Ağamalının qurultayın işini pozmaq istədiyini və yaranmış vəziyyətdə qurultay nümayəndələrinin onun növbəti qurultaya qədər sədr postunda qalmasını dəstəklədiyini bildirib.

Elçin Ağamalı növbədənkənar qurultayında partiyanın yeni sədri seçildiyini iddia edib. O qeyd edib ki, qurultay nümayəndələrinin ona münasibətini görən Fəzail Ağamalı zalın işığını söndürtdürməyə çalışıb, buna baxmayaraq, 155 qurultay nümayəndəsinin 100- dən çoxunun səsi ilə sədr seçilib.

Günay Ağamalı isə deyib ki, partiyanın sədri Fəzail Ağamalı qarşı tərəfdən qaynaqlanan, əvvəlcədən hazırlanmış və qurultayın gedişinə mane olan qeyri-etik, qalmaqal, təhdid xarakterli davranışlar səbəbindən növbədənkənar qurultayı qeyri-müəyyən müddətə təxirə salıb.

Məlik Məlikov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa