Flora Kərimovanın SON DURUMU: AÇIQLAMA

media-hightechnic-468x90

 

media-banner_tuq

 

Xalq artisti Flora Kərimovanın səhhətinin hər ötən gün daha da yaxşılaşdığı bildirilir.

Bu barədə Yenicag.az-a açıqlamasında Xalq artistinin bioqrafı və köməkçisi Əli Davud məlumat verib. O, Flora Kərimovanın müalicəsinin uğurla davam etdiyini vurğulayaraq bildirib:

“Sevinclə deyirəm ki, Flora xanımın vəziyyəti yaxşıdır və günü-gündən daha da yaxşılaşır. Bu, həm ailəsini, həm də onu sevənləri sevindirən bir xəbərdir. Hazırda müalicə prosesi davam edir. Lakin həkimlərin qərarına əsasən, onun xəstəxanadan nə vaxt evə buraxılacağı hələ dəqiq məlum deyil.”

Qeyd edək ki, Xalq artistinin səhhəti ölkə ictimaiyyəti və sənətsevərlər tərəfindən yaxından izlənilir. Hər kəs onun tezliklə tam sağalaraq yenidən sevdiklərinin arasında olacağına ümid edir.

 Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05