Eldar Namazov və İsa Qəmbər razılığa gəliblər
““El” Hərəkatının sədri Eldar Namazov və Müsavat Partiyasının başqanı İsa Qəmbər əməkdaşlıq barədə razılığa gəliblər”.
Bunu açıqlamasında “El” Hərəkatı sədrinin müavini Zəfər Quliyev deyib.
O bildirib ki, “El” Hərəkatı ilk gündən Müsavat Partiyasının əməkdaşlıq təklifinə müsbət rəy açıqlayıb.
Əməkdaşlığın mahiyyətinə gəldikdə, Z. Quliyev deyib ki, hazırda əməkdaşlığın çərçivəsi və istiqamətləri müzakirə olunur: “Əməkdaşlıq məsələsi barədə İsa Qəmbər və Eldar Namazov arasında danışıqlar aparılır. Onlar fevralın sonunda bu barədə razılığa gəliblər. Hesab edirəm ki, bəzi texniki problemlər, vaxt məsələsi ilə bağlı hələlik hansısa qərar yoxdur. Lakin aparılan danışıqların nəticəsindən asılı olaraq, yaxın zamanlarda Müsavat Partiyası ilə əməkdaşlıq məsələsi reallaşacaq”.
Xatırladaq ki, Müsavat Partiyası bir müddət öncə, digər siyasi partiya və təşkilatlara da eyniadlı təkliflə müraciət edib, lakin rədd cavabı alıb.
apa