“İnsanların çoxu xəstəliyi ayaqüstə keçirəcək, orqanizmində hansı proseslərin cərəyan etdiyindən xəbəri belə olmayacaq”.
Yenicag.az xəbər verir ki, bu fikirləri gələcəkdə dünya əhalisinin tam şəkildə virusa yoluxacağını proqnozlaşdıran Avropa Nevrologiya Akademiyasının üzvü, nevroloq Qalib Əsədov səsləndirib.
Qalib Əsədovun sözlərinə görə, virusa yoluxacaq insanlar arasında yeganə fərq onların tutulduqları xəstəliyi necə keçirmələri olacaq:
“İnsanların 25 faizi heç bilməyəcək ki, virusa yoluxub. Ayaqüstə keçirəcək, orqanizmində hansı proseslərin cərəyan etdiyindən xəbəri belə olmayacaq.
İnsanların 35 faizində isə yüngül qrip əlamətləri, öskürək olacaq. Onlar da orqanizmin daxili qüvvələrinin hesabına sağalacaqlar.
Yalnız insanların 20 faizində xəstəliyin ağır əlamətləri müşahidə olunacaq, hərarətləri yüksələcək. Onların xəstəxanaya yerləşdirilməsi lazım gələcək.
İnsanların 15 faizində isə ciddi tənəffüs problemləri yaranacaq. Onları süni nəfəs aparatına qoşmağa ehtiyac yaranacaq. Xəstələrdən 5 faizi dünyasını dəyişəcək”.
Gülşən Şərif
www.yenicag.az