Əli Əhmədov ABŞ səfirini qəbul edib

media-hightechnic-468x90

c8bed400817b508551663d650b704b04Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-İcra katibi Əli Əhmədov ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanı partiyanın mənzil-qərargahında qəbul edib.

YAP-dan verilən məlumata görə, görüşdə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə qeyd olunub ki, üst-üstə düşən maraqlar iki ölkə arasında əlaqələrin bundan sonra da inkişafına töhfə verəcək. Tanışlıq xarakteri daşıyan görüşdə Ə. Əhmədov YAP-ın ölkənin ictimai-siyasi həyatında yeri və gələcək fəaliyyəti barədə qonağa ətraflı məlumat verib.

Görüşdə YAP icra katibinin müavini, MM-in deputatı Siyavuş Novruzov və ABŞ səfirliyinin siyasi müşaviri Syusan Çesli iştirak ediblər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600