Əli Əsədov ARDNF-nin Müşahidə Şurasının sədri seçildi

Nazirlər Kabinetində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Yenicag.az xəbər verir ki, iclasda ARDNF-nin Müşahidə Şurasının yeni tərkibi haqqında sərəncamdan irəli gələn tapşırıqların yerinə yetirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Baş Nazir Əli Əsədov Müşahidə Şurasına sədr seçilib.

Eyni zamanda ARDNF-nin 2020-ci il üçün büdcə layihəsi və digər məsələlər müzakirə olunub.

COP29