Əli Əsədov Gürcüstan parlamentinin sədri ilə görüşdü

media-hightechnic-468x90

Azərbaycanın Baş naziri Əli Əsədov mayın 15-də ölkəmizdə səfərdə olan Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb.

Bu barədə Yenicag.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə Ş.Papuaşvilinin Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan xüsusi iclasında iştirakı yüksək qiymətləndirilib.

Azərbaycan ilə Gürcüstan arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlığın genişlənməsindən və strateji tərəfdaşlığın möhkəmlənməsindən məmnunluq ifadə olunub.

İki ölkə arasında əlaqələrin hərtərəfli inkişafında parlamentlərin rolu təqdir edilib.

Eyni zamanda ticarət-iqtisadi, enerji, nəqliyyat-tranzit, humanitar və digər sahələrdə münasibətlərin genişləndirilməsi perspektivləri müzakirə olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600