Əli Əsədov Serbiyanın mədəniyyət naziri ilə görüşdü

media-hightechnic-468x90

Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 25-də Serbiyanın mədəniyyət naziri, iki ölkə arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Serbiya tərəfindən həmsədri Nikola Selakoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Nazirlər Kabinetindən Yenicag.az-a məlumat verilib.

Bildirilib ki, görüşdə zəngin tarixə malik Azərbaycan-Serbiya dostluq və strateji tərəfdaşlıq əlaqələrinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub. Ticarət-iqtisadi, investisiya, neft-qaz, sənaye sahələrində fəal əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.

Həmçinin dövlət başçıları arasında əldə olunan razılaşmaların praktiki icrasının qarşılıqlı faydalı tərəfdaşlığın daha da genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub. Tərəflər Hökumətlərarası Komissiyanın Bakıda keçirilən 8-ci iclasının önəminə toxunublar.

Görüşdə iki ölkə arasında ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların artırılması, nəqliyyat-tranzit, bərpaolunan enerji, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600