Əli Əsədovdan bu nazirliklə bağlı QƏRAR: Vəzifə maaşlarına əlavələr ediləcək

media-hightechnic-468x90

Nazirlər Kabineti “Azərbaycan Respublikası Təhsil Nazirliyi işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin Nazirliyin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nı təsdiq edib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərar Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 7 iyul tarixli 1088 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədilə qəbul olunub.

Təsdiq olunmuş Qaydada “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 45.2-ci maddəsinin ikinci cümləsinə əsasən, həmin Qanunun 17.4-cü və 44.2-ci maddələrinə uyğun tətbiq edilən və Azərbaycan Respublikası Təhsil Nazirliyinin xəzinə hesabına köçürülən xidmət haqlarından nazirliyin işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə istifadə edilməsi müəyyən olunub.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05