Əli Həsənov Türkiyədə səfərdədir

media-hightechnic-468x90

ali_hasanov_111Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Türkiyədə səfərdədir. Səfər çərçivəsində Ə.Həsənov TRT-nin baş direktoru Şenol Göka ilə görüşüb.

Görüşdə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərindən bəhs edilib. “Bir millət, iki dövlət” deyimini vurğulayan tərəflər iki ölkə arasındakı münasibətlərdə medianın rolundan da söz açıblar.
Ş.Göka bildirib ki, həm TRT-də, həm də radioda türkcə deyilən sözləri 3 dildə səsləndirən “səsli sözlük” layihəsi üzərində başlayan iş yekunlaşmaq üzrədir: “Radio və televiziyada səslənən türkcə kəlmələr həm Türkiyə türkcəsi, həm Azərbaycan türkcəsi, həm də Türkmənistan türkcəsi ilə səsləndiriləcək. Bu layihə bir-birimizə yaxınlaşmağa daha da kömək olacaq. Bəlkə də burdan bir-birimizi daha yaxşı anlayacağıq”.

Ə.Həsənov sözügedən layihəni çox yaxşı təşəbbüs kimi dəyərləndirib.

Qeyd edək ki, görüşdə Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırov da iştirak edib(a24.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600