Əli Həsənovdan Yaponiya şirkətlərinə – Çağırış

media-hightechnic-468x90

eli-hesenovAzərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Yaponiya şirkətlərini Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsində iştirak etməyə çağırıb.

media-banner_tuq

Bu barədə Ə. Həsənov Yaponiyanın “Jiji Press” nəşrinə müsahibəsində deyib.

“Azərbaycan yapon şirkətlərinin Xəzər dənizində fəaliyyətlərini genişləndirəcəyinə ümid edir”, – deyə prezidentin köməkçisi bildirib.

Cənub Qaz Dəhlizi “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində hasil edilən Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün boru kəməri infrastrukturunun yaradılmasını nəzərdə tutur.

Layihənin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişlənməsi, Trans-Anadolu qaz kəmərinin (TANAP) və Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.(APA)

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05