!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əli İnsanov partiya yaradıb

!Reklam – Yazi

Keçmiş səhiyyə naziri Əli İnsanov siyasi təşkilat yaratdığını elan edib.

Yenicag.az xəbər verir ki, Əli İnsanov özü bu barədə məlumat verib. O, bəyan edib ki, noyabrın 24-də tərəfdarları ilə toplantı keçirib və Haqq Ədalət Partiyasının Təşkilat Komitəsini yaradıblar.

“İclasda partiyanın təsis konfransına qədər olan dövrdə görüləcək işlər barədə geniş müzakirə apardıq, partiyanın nizamnaməsi və proqramının yazılıb başa çatdırılması üçün tapşırıqlar verildi”, – Əli İnsanov bildirib.

Təşkilat komitəsinin üzvlərinin 15 nəfərdən ibarət olması barədə qərar qəbul edilib. Səsvermə yolu ilə Əli İnsanov Təşkilat Komitəsinin sədri, Rəşad Abbaslı isə katibi seçiliblər.

www.yenicag.az

813
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv