!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əli Kərimli ilə Cəmil Həsənliyə TƏRS SİLLƏ – Milli Şuranın üzvü AXH-nin mitinq müraciətinə qoşuldu

!Reklam – Yazi

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Namizəd Səfərovun “rəqib hərəkat”ın mitinq təşəbbüsünə dəstək verdiyi bildirilir.

Yenicag.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata əsasən, Milli Şuranın üzvü Namizəd Səfərov Azərbaycan Xalq Hərəkatının (AXH) elan etdiyi 30 noyabr mitinqi ilə bağlı Bakı Şəhər İcra hakimiyyətinə ünvanladığı müraciətə imza atıb.

Namizəd Səfərovun Koordinasiya Şurasının üzvü olduğu Milli Şura ilə AXH arasında münasibətlərin kəskin olduğu nəzərəa alındıqda, onun sözügedən müraciəti imzalamasının birmənalı qarşılanmaması təbiidir.

Gözlənildiyi kimi, Səfərovun bu addımı sosial şəbəkələrdə müzakirələrə yol açıb və onun Milli Şura ilə AXH arasında etdiyi “manevr”ə həm də Əli Kərimli-Qurban Məmmədov qarşıdurması fonunda qiymət verilir.

www.yenicag.az

1422
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv