Milli Şuranın daha bir virtual iclasının qalmaqallı videosu yayılıb.
“Yeni Sabah” xəbər verir ki, bu iclasda da əvvəlki toplantılarda olduğu kimi lağlağı və zarafatlar bol olub. Baxmayaraq, Milli Şuranın sədri Cəmil Həsənli iclasa ciddi bir məsələ ilə başlamağa cəhd etmişdi. O, MŞ üzvü Rahim Hacıyevin “Əli Kərimli zəmanəmizin Rəsulzadəsidir” fikrini sərt tənqid edib:
“Mən bu təbliğatla bağlı bir məqamı da deyim. Təbliğat məsələsində çox diqqətli olmaq lazımdır və əlavə qıcıq doğuran şeylərə getmək lazım deyil. Bu gün iclasın tənqid hədəfi Rahim Hacıyevdir və mən də onu deyim ki, bu gün o yanlış bir ifadə işlədib. “Əli Kərimli zəmanəmizin Rəsulzadəsidir”. Əlbəttə bu cəmiyyətdə qıcıq doğurur”.
Virrtual iclasda Gültəkin Hacıbəyli də C. Həsənliyə dəstək verib: “Tamamilə razıyam, bu olmaz”.
Rahim Hacıyev isə öz fikrində israr edib: “Mənim fikrimin heç bir qüsuru zadı yoxdur. Vaxt gələcək hamınız bu fikirdən də artığında olacaqsınız”.
Vidadi Mirkamal da həmin bənzətməyə kəskin reaksiya verib: “Bu formada danışıq artıq insanları iyrəndirir. Əli Kərimli özünü təsdiq etmiş liderdir. Amma onu təzədən bəzəmək ki, Rəsulzadədir, buna ehtiyac yoxdur. Bu çox adamda qıcıq yaradır”.
Qənimət Zahid isə “Yaxşı bəylər, Topçubaşov, Allah xeyir versin” deyərək mövzunu dəyişib. İclas zarafat və lağlağı ilə davam edib.
Daha sonra isə Q. Zahid daha sensasion fikirlər səsləndirib: “Mən Rahim bəyə həm də ona görə haqq qazandırıram ki, bu şiddət artırılmalıdır. Əli bəyin blokadası bizim hamımız üçün bir qoruyucu xətt olmalıdır. Onun üstünə o qədər getməliyik ki… Hələ bir blokadaya görə bu qədər təzyiq var. Həbs görün nələri doğura bilər. Biz faktiki olaraq o şiddəti saxlamaqla Milli Şuanı, Korrdinasiya Mərkəzinin digər üzvlərini də xilas etmiş oluruq. O da var. Bu proseslərdə qazanan Milli Şuradır, Xalq Cəbhəsidir, Əli bəyin özüdür. Amma bizim düşərgənin reytinqi artır və hüdudları da genişlənir”.
www.yenicag.az