!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əli Mirəliyev COŞDU: “Kişi müğənnilər bir-birinə “ceyranım, ay ceyranım” oxuyur”

!Reklam – Yazi

Son vaxtlar tez-tez belə bir məqamla rastlaşırıq; kişi müğənni qadınla oxunmalı olan mahnını kişi həmkarı ilə duet formasında ifa edir.

Məsələn, kişi müğənni digər kişi həmkarına üzünü tutaraq, “ceyranım”, “naz eləmə”, “səndən qəşəngi yoxdur, yox” kimi sözləri olan mahnılar oxuyur.

Yenicag.az-a açıqlama verən müğənni Əli Mirəliyev belə hallarla tez-tez qarşılaşdığını deyərək, həmin müğənnilərlə bağlı kəskin fikirlər səsləndirib:

“Kişi müğənni hansı mahnının duet formasında ifa olunmasına fikir verməlidir. Təəssüflər olsun ki, indi kişi müğənnilər duet oxuyur, bir-birinə “ceyranım, ay ceyranım” deyir. Elə qadın müğənnilər arasında da belə hallara çox rast gəlirik. İki xanım müğənni bir-birinə baxa-baxa eşqdən, sevgidən oxuyur. Onları qınamıram, kişilərdə qadınlaşma, qadınlarda kişiləşmə gedir. Dodağını şişirdib, qaşını aldıran, burnunu kəsdirən kişiyə baxanda bilmirsən qadındır, yoxsa kişi… Elə mahnı oxuması da təəccüb doğurmur. Biabırçılıqdır.

Peşəkar musiqiçi mahnı seçimlərinə diqqət edir. Duetlər ifa olunarkən müğənni bilməlidir kiminlə oxuyur və nə oxuyur. Qadın müğənni ilə kişi müğənninin ifa etməli olduğu mahnını iki kişi, yaxud da iki qadın sənətçi ifa etməməlidir ”.

Cəvahir

COP29

www.yenicag.az

692
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv