YAP-ın sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində deputatlığıa namizdələr siyahısının açıqlayacağı gözlənilir.
Yenicag.az-ın əldə etdiyi məlumat görə, 27 saylı Sabunçu ikinci seçki dairəsindən deputat Əliabbas Salahzadə bu dəfə YAP-ın namizdələr siyasında yer almayacaq.
Ötən parlament seçkiləri zamanı həm atasının keçmiş deputat olması, həm də Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin kürəkəni olması Ə.Salahzadənin deputat seçilməsi üçün mühüm faktor olub. Builki parlament seçkilərində Şeyxülislama heç bir kvota ayrılmadığına görə Ə.Salahzadə də faktiki olaraq, “oyundankənar vəziyyətə” düşür.
Məlumata görə, Ə.Salahzadənin “ofsayt”a düşməsinin səbəblərindən biri də onun 2020-ci ilin fevralından bu yana həm seçildiyi dairənin ərazisində fəaliyyətsiz olması, həm də parlamentin iclaslarını danışmadan, sükutla yola verməsi olub. Azərbaycanın ən kritik zamanlarında, 44 günlük Vətən müharibəsində, eləcə də ondan sonrakı proseslərdə heç bir aktivlik nümayiş etdirməməsi, seçicilərinə diqqət ayırmaması Ə.Salahzadənin adının “qara siyahı”ya düşməsi üçün əsas olub və o, budəfəki parlament seçkilərində seçilməyəcək deputatların siyahısında yer alıb.
www.yenicag.az