!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əliabbas Salahzadə YAP-ın siyahısında niyə yer almadı? – Şeyxin kürəkəni partiyanın qərarı haqda

!Reklam – Yazi

 

YAP-ın parlamentə növbədənkənar seçkilərdəki namizədlər siyahısında VI çağırış Milli Məclisin deputatı Əliabbas Salahzadə də yer ala bilməyib. YAP 27 saylı Sabunçu ikinci seçki dairəsindən Qasımova Səbinə Məmmədağa qızının namizədliyini irəli sürüb.

Yenicag.az xəbər verir ki, Ə.Salahzadə YAP-ın İdarə Heyətinin bu gün keçirilmiş iclasının qərarı barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Partiyamızın qərarına əsasən, parlament seçkilərində Yeni Azərbaycan Partiyasını təmsil edəcək namizədlər arasında yer almıram. Partiyamız tərəfdən verilən qərar mənim üçün qanundur və müzakirə olunmazdır. Bundan sonra da öz fəaliyyətimi başlanğıcını Ümummilli Lider Heydər Əliyevin qoyduğu və Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin və Yeni Azərbaycan partiyasının sədrinin birinci müavini, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uğurla davam etdirdiyi siyasətin əsasında qurmağa davam edəcəyəm. Dövlətimizin daim xidmətindəyik. Hər birimiz bu ölkənin vətəndaşlarıyıq, bu ölkədə yaşayırıq və Ali Rəhbərin verdiyi bütün qərarlara riayət edib birmənalı olaraq əməl etməliyik”, – deyə o yazıb.

Qeyd edək ki, Ə.Salahzadə sabiq deputat Qalib Salahzadənin oğlu, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin kürəkənidir.

COP29

www.yenicag.az

477
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv