Əlində protexniki vasitə partladı – 13 yaşlı uşağın barmağı amputasiya edildi
Göygöldə əlində protexniki vasitə partlayan 13 yaşlı uşağın barmağı amputasiya edilib.
Yenicag.az-ın məlumatına görə, hadisə martın 22-də rayonun Üçtəpə kəndi ərazisində baş verib.
Məlumata görə, Gəncə şəhər sakini 2013-cü il təvəllüdlü S.B-nın əlində pirotexniki vasitə partlayıb. Nəticədə onun əlində əzilmiş deşilmiş yaralar meydana gəlib və 1 barmağı amputasiya olunub./unikal/
Faktla bağlı araşdırma aparılır.













