Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Yunanıstan Super Liqasına təyinat alıb.
Yenicag.az yunan mətbuatına istinadən xəbər verir ki, o, 24-cü turda keçiriləcək PAOK – “Atromitos” matçını idarə edəcək. Ona bu işdə Akif Əmirəli və Rza Məmmədov kömək edəcək.
Martın 10-da Salonikidəki “Tumba” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:15-də başlayacaq.
Qeyd edək ki, PAOK hazırda Superliqada 1-ci, “Atromitos” isə 3-cü pillədə qərarlaşdığından bu matç turun mərkəzi görüşü hesab olunur.
www.yenicag.az