Əliyar Ağayevin təyinat aldığı oyun qatar qəzasına görə təxirə salındı

media-hightechnic-468x90

Bu gün “Olimpiakos” və AEK komandaları arasında keçirilməli olan Yunanıstan Kubokunun yarımfinal mərhələsinin cavab oyunu təxirə salınıb.

media-banner_tkm

Pirey təmsilçisinin rəsmi saytında verilən məlumatına görə, buna Larisa şəhəri yaxınlığında baş vermiş qatar qəzası səbəb olub. Sərnişin və yük qatarlarının toqquşması nəticəsində 36 nəfər həlak olub, 66 nəfər isə yaralanıb.

Hələlik qarşılaşmanın yeni tarixi açıqlanmayıb. İlk matçda AEK komandası 3:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, “Olimpiakos” – AEK oyununa Azərbaycanın FIFA referisi Əliyar Ağayev təyinat alıb./Oxu.az/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05